Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Novella Cəfəroğlu Cəmil Həsənlinin müdafiəsinə qalxdı: “Ailələrə toxunmaq olmaz”

"RegionTV.info"
“Bir-birinizlə müharibə aparırsız, aparın; qarşı tərəfi tənqid edin və sair. Daha ailə məsələlərinə, insanların şəxsi həyatına niyə qarışırsınız?! Xaricdə yaşayan bir qrup da ağızlarını dinc tutmur”.
 
Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.
 
N.Cəfəroğlu qeyd edib ki, insanların şəxsi həyatı ilə bağlı videoları yaymaq yolverilməzdir: “Ağızlarını dinc qoymurlar, davamlı olaraq bizim cəmiyyətin ailələri ilə oynayırlar. Bu, murdarlıqdır. Belə situasiyalara nifrət edirəm. Belə videolar yayaraq düşmənçilik etmək bizim namusumuza, qeyrətimizə, mentalitetimizə yaraşmır. Bu məsələlərə birdəfəlik “stop” demək lazımdır. Hansı tərəfdən baxsaq, namusla oynamaq biabırçılıqdır. Ailələrə toxunmaq olmaz!”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də