Son sutkada koronavirusa 171 yeni yoluxma faktı təsdiqlənib, 14 pasiyent vəfat edib - Gürcüstanda Tarix: 29-03-2021, 13:45 Xəbərə baxış: 156 Gürcüstanda son sutkada koronavirusa 171 yeni yoluxma faktı təsdiqlənib, 382 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent vəfat edib. "RegionTV.info" xəbər verir ki, indiyədək ölkədə COVID-19-a 280 472 nəfər yoluxub. Onların 272 601-i sağalıb, 3 765-i isə dünyasını dəyişib. Son 24 saat ərzində 14 298 test yoxlaması aparılıb.