
"RegionTV.info"nun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
“Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”, - deyə qeyd olunub.