
"RegionTV.info"nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evin yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Mansurova Xəyalə Xəqani qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.