Videosuna baxdığınız bu toy 28 mart tarixində Tovuz rayonunun İbrahim Hacılı kəndində baş verib. Pandemiya şəraitinə baxmayaraq, gizli şəkildə toy edilib, insanlar karantin qaydalarına əməl etmədən, toyda sıx halda və maskasız oturaraq, yeyib -içiblər.
Videodan da göründüyü kimi, eyni masa arxasında 10 nəfərdən çox qonaq əyləşib.
"RegionTV.info" xəbər verir ki, qaydalara zidd keçirilən toy mərasimi polis tərəfindən təsbit olunub və sərt tədbirlər görülüb. Toya qəfil gələn polislər durum təsbiti etmək, subutları toplamaq üçün hadisəni çəkəndə ilk öncə qonaqlar heç nə fərq etməyiblər. Polislərsə "Allah xoşbəxt eləsin", deyərək, çəkilişə davam ediblər...
Lakin sonluq heç də xoşbəxt olmayıb. Toy sahibi həbs edilib, 31 qonaq isə hər biri 200 manatdan olmaqla, cərimələniblər.
Hesab edirik ki, dünyanın virusun pəncəsində qaldığı, hər gün minlərlə insanların öldüyü bir mühitdə bu cür məsuliyyətsiz davranmaq polisin müdaxiləsini haqlı çıxardır. Dünya, o cümlədən də Azərbaycan artıq əvvəlki kimi deyil və bunu qəbul edib, karantin qaydalarına uyğun şəkildə yaşamağa çalışmalıyıq.
Xəbəri paylaş