İndoneziyanın Balonqan şəhərindəki neft emalı zavodunda yanğın baş verib.
"RegionTV.info" xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Ehtimal olunur ki, hadisə şimşək çaxması zamanı meydana gəlib. Hadisə yerinə bir neçə yüz yanğınsöndürən maşın cəlb olunub. Yanğından əvvəl partlayış olduğu bildirilir.
“Reuters”in məlumatına görə, “Pertamina” şirkətinə məxsus zavodda partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb.
Zavod rəhbərliyi yanğın səbəbindən 950 nəfərin təxliyə olunduğunu bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda yanğının daha da genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür. Hadisənin səbəbi hələ dəqiq açıqlanmayıb.
Xəbəri paylaş