
Hollivud ulduzu Şeron Stoun ABŞ prezidenti Donald Trampı tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur aktrisa “The Telegraph” qəzetinə danışarkən dövlət başçısının psixoloji problemlərinin olduğunu açıqlayıb:
“Bir anlıq özümü onun yerinə qoyuram və ürəyim parçalanır. Məncə, Trampın uşaqlıq travmaları var. Bu adama baxıram, özünə işgəncə verir, canını yandırır. Mən belə hiss edirəm”.
