
"RegionTV.info"nun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonu, ev 45-də qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan təxminən 17-20 yaşlarında qız özünü 9-cu mərtəbədən atıb. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.