Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində yanğın baş verib. "RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.