
"RegionTV.info"nun məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, şəhər sakini 1937-ci il təvəllüdlü Hüseynov Sərdar Zeynal oğlu özünü yaşadığı mənzildə asıb. İntiharın səbəbləri bilinmir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Hüseynov tək yaşayırmış.