
"RegionTV.info"nun xəbərinə görə, bunu Feysbukda tanınmış jurnalist, Vətən müharibəsinin könüllü iştirakçısı Aqşin Kərimov yazıb.
Jurnalist bildirib ki, əslində müharibə gedən vaxt döyüşçülərə N.Sadıkovla bağlı heç bir məlumat verilməyib:
"Bu barədə bir məlumat verilməli idi ki, Sadıkov artıq sizin baş Qərargah rəisiniz deyil. Amma bu barədə yüksək komandir heyəti əsgərlərə bir kəlmə də məlumat vermədilər.
Ümumiyyətlə, bu mövzuda qəribə bir susqunluq var idi. Sadıkovun fotolarının o günə salınmasına gəlincə, bu, bir neçə mesaj verirdi: - Sadıkov müharibədə xəyanət yolunu tutub. Vəzifədən çıxarılmaqdan betər olub. El dili ilə desək "vurulub". Sadıkov əvvəlki dövrlərdə də orduya zərbə vurub, onun heç bir xidməti olmayıb".