Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni məhdudiyyətlər qüvvəyə mindi: Saat 20:00-dan... - Rumıniyada

Rumıniyada koronavirusun yayılmasına qarşı yeni məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib.
 
"RegionTV.info"  xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
 
Belə ki, 14 gün ərzində yoluxma səviyyəsi 1 000 nəfərə 4 halı keçən yaşayış məntəqələrində həftəsonları komendant saatı əvvəlki kimi 22:00-dan yox, 20:00-dan etibarən tətbiq olunur. Sakinlərin peşəkar maraqları, tibbi yardım almaq, dərman almaq, xəstə və ya yaşlı insanlara kömək etmək üçün hərəkət istisna təşkil edəcək. Bu hallarda sakinlərin çölə çıxmaq üçün doldurulmuş müraciəti olmalıdır.
 
Yoluxma səviyyəsi 1 000 nəfərə 4 haldan çox olan yaşayış məntəqələrindəki mağazalar artıq saat 21:00-da deyil, 18:00-da bağlanacaq. Apteklər, yanacaqdoldurma məntəqələri və çatdırılma xidmətləri göstərən mağazalar istisna təşkil edəcək. Fitness mərkəzlərinin zalları bağlanıb.
 
Yoluxma səviyyəsi 1 000 nəfərə 7,5 halı keçərsə, bu məhdudiyyətlər iş günlərində də tətbiq ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də