Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BDU-nun iki dosenti vəfat edib

"RegionTV.info"
Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.

Universitetdən bildirilib ki, Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib.  P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O,geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasın dosenti Azər Mehdi oğlu Şirinov isə 84 yaşında dünyasını dəyişib. A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də