
"RegionTV.info" Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib.
Onların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdilir.