Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryanın başçılıq etdiyi nümayəndə heyəti martın 28-də Moskvaya yola düşüb.
"RegionTV.info" “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Ali Məhkəmə Şurasının feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, səfər çərçivəsində Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebed erməni həmkarı ilə görüşəcək.
Tərəflər iki dövlətin məhkəmə hakimiyyəti arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. Rusiyanın başqa məhkəmə orqanları ilə də Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır.
Xəbəri paylaş