
"RegionTV.info" xəbər verir ki, məlumatı yerli “Jornada” qəzeti yayıb.
Bildirilib ki, hadisə Meksikanın Sonora ştatında baş verib. Təyyarənin göyərtəsində 8 nəfər olub. Onlar Meksikanın Ermosilo şəhərindən ABŞ-ın Arizona ştatının Tuson şəhərinə uçuş edirmiş. Ölənlər arasında Sonora əyalətinin iqtisadi inkişaf nazirinin müavini və anası da olub.
Meksikanın federal hakimiyyəti və prokurorluğu hadisə ilə bağlı araşdırma aparacaq.