
"RegionTV.info" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 190 317-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 464-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin 881 nəfərdir. İndiyədək 171 506 pasiyent infeksiyadan sağalıb. Hazırda 14 466 nəfər müalicə olunur.