ABŞ-ın Oklahomadakı ştatında olan cəzaçəkmə müəssisəsində silahlı insident baş verib.
"RegionTV.info" bildirir ki, bu barədə Fox News telekanalı xəbər verib.
Cəzaçəkmə müəssisəsinin nəzarətçilərindən biri məhbuslar tərəfindən girov götürülüb. O, aldığı xəsarətə görə xəstəxanaya aparılıb.
Telekanalın verdiyi məlumata görə, zabit məhkumlara dərman verərkən hücuma məruz qalıb, məhkumlar onun əllərin bağlayıb və açarlarını alıblar.
Bu hadisə ilə bağlı sosial şəbəkələrdə də məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, məhkumlar duş qəbul edə bilmədiklərinə görə etiraz edirlər.
Rəsmi qurumlar Fox News-a həbsxanada etiraz edən məhkumlardan birinin hadisə yerinə gedən Oklahoma City polisi tərəfindən vurularaq öldürüldüyünü təsdiqləyib.
Xəbəri paylaş