Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - VİDEO






Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. N.Acalov yalnız yol-nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. O, sosial şəbəkələrdə yayılan səs yazısında da bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.

N.Acalov vurğulayıb ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də