Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada avtomobil beton maneəyə çırpıldı, ölən var

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

"RegionTV.info"  xəbər verir ki,  Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN)məlumat verilib.

Nazirliyin “112” qaynar telefon xəttinə rayon ərazisində “Nissan” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1987-ci il təvəllüdlü İsmayılov Camal Əfəndi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də