Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Qarabağdakı ermənilərə pasport verərək referendum keçirəcək? - AÇIQLAMA

“Rusiya sülhməramlı qüvvələri Qarabağda erməni separatizminə açıq şəkildə dəstəkləyir. Görünür, Rusiya kiçik bir ərazidə separatizmi körükləməklə, regionda qalıcı statusunu möhkəmləndirməyə çalışır. Rusiyanın burada separatçıların sturukturları ilə əməkdaşlığı, Şuşa kəndə birgə növbətçiliyi konkret olaraq Azərbaycanın suvernliyinə təhdiddir”.
 

"RegionTV.info"nun  xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
 
M.Əsədullazadə qeyd edib ki, Qarabağda erməni separatizminin qalması və Moskvaının 10 noyabr birgə Bəyannamədən irəli gələn bəndləri yerinə yetirməməsi, Ermənistanla sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir: “Moskva açıq və gizli şəkildə Qarabağda məsuliyyət zonasında regionda dəyişən geosiyasi proseslər fonunda deastiblizasiyaya xidmət edəcək. Bunun qarşısnı almaq üçün ilk növbədə Rusiyaya  konkret etiraz etməli, separatizmə qarşı  hərəkət etməlidir. Erməni separatçılar Rusiyanın yardımı ilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətə keçib, həyəcan təbili çalmasını labüd edir. Qarabağda separatçıların rus dilini rəsmi dil elan etməsi, hər ay Putinin Qarabağla bağlı Təhlükəsizlik şurasının iclasını keçirməsi göstərir ki, Moskvanın əsas planı regionda dəyişən şərtlər fonunda Qarabağdakı ermənilərə pasport verməklə, referendum keçirməkdir. Azərbaycana qarşı təhlükəli plan var. Azərbaycan belə bir təhlükənin qarşısnı alacaq gücdədir. Təbii ki, bu prosesdə Türkiyədə Azərbaycanın yanındadır. Yalnız hərbi imkanları inkişaf etdirib, belə bir təhdidin qarşısını almaq olar. Prezident İlham Əliyev Azərbaycan ordsunun Türkiyə modelinə uyğun qurması, tərəfdaş ölkələrlə yeni silah alışı müqavilələr bağlaması, məhz belə bir planların qarşını almağa yönəlib. Rusiya MDB məkanında separtizm və iğal faktoruna üstünlük verib, Qərbin regionda iştirakını qarşını alır. Şərqi Avropada, Donbas, Qara Dəniz perferiyasında Krım, Moldovada Dnestryanı, Cənubi Qafqazda, Abxaziya, Cənubi Osetiya və Qarabağda öz ordusu ilə təmsil olunması buna əsaslanır.   Növbəti həmlə Qazaxısatnın şimal əraziləridir. Qarabağda Azərbaycan və Türkiyə Rusiyanın hazırkı planın qarşısnı alacaqsa, Rusiyanın  digər münaqişə zonalarında təsiri zəifləyəcək”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də