Rusiya Prezidenti Vladimir Putin Krasnodar ippodromunun nümayəndələri ilə görüşündə atlara olan sevgisindən və məşq zamanı atdan necə yıxıldığı haqqında söz açıb.
"RegionTV.info" xəbər verir ki, Putin görüş zamanı atları sevdiyini, sadəcə indi təsadüf hallarda at sürdüyünü və at sürməyi necə öyrənməsi barədə xatirələrini danışıb. “Bir dəfə məşq zamanı məni çəkirdilər və elə oldu ki, at birdən baryerin qarşısında dayandı. Bu zaman mən elə bir salto etdim ki, bu sadəcə real salto idi”-Putin qeyd edib.
Putin əlavə edib ki, məni çəkən operatora çəkdiyi videonu saxlamağı təklif etdim:
“Ondan ilk dəfə idi ki, belə bir cavab eşitdim: dərhal siləcəm, dedi”.
Putin onu da əlavə edib ki, atdan yıxıldığım yer yumçaq torpaq olduğundan və ağac yonqarı töküldüyündən "yıxılmağın yetərincə rahat oldu."
"RegionTV.info" videonu təqdim edir:
[media=https://youtu.be/3j1Zm4BnAOo]
Xəbəri paylaş