
Türkiyənin xüsusi xidmət orqanları İraqın şimalında keçirdiyi əməliyyat zamanı təhlükəli terrorçunu zərərsizləşdirib.
Türkiyənin təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, Metin ərazisində keçirilən əməliyyat zamanı PKK-nın üç silahlısı məhv edilib. Onlar arasında həmçinin "Karker Kürecik" ləqəbli xüsusi təhlükəli terrorçu Hüseyn İnal da olub.
İnal PKK-nın Yunanıstandakı "Lavrion" düşərgəsində terror hazırlığı keçib, sonra üç il ərzində İraqda Türkiyəyə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olub, o cümlədən terror aktı hazırlayıb.
Hüseyn İnal fevralın sonunda Türkiyədə terror aktlarının mövzusunu müzakirə etmiş terrorçuların yığıncağında iştirak məqsədi ilə İraqa gəlib və orada da məhv edilib.