
Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Zhara Music" leyblını satıb.
Sövdələşmənin qiyməti 25 milyon dollar təşkil edib.
Leyblın alıcısı Warner Music Group olacaq. Bundan sonra "Zhara Music"-in bazasında ABŞ-ın əfsanəvi şirkəti Atlantic Records-un şöbəsi yaradılacaq.
Zhara Music leyblının sahibləri sırasında Emin Ağalarovla yanaşı, Bahh Tee imzası ilə tanınan Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev də var.