Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə qeyri-qanuni sərnişindaşıma biznesi - VİDEO

"RegionTV.info"
Gəncədə avtovağzalın bir qədər kənarından kim necə gəldi ölkənin istənilən yerinə sərnişin daşıyır. Koronavirusla mübarizə istiqamətində heç bir tədbirə riayət olunmur, kiçik tutumlu avtomaşınlarla sərnişin daşınır.

Sərnişinlər isə bildirir ki, bacardıqları qədər təhlükəsizlik tədbirlərinə əməl etməyə çalışırlar. Ünvana çatanadək spirt, maska və digər qoruyucu vasitələrdən istifadə edirlər.

Gəncə Beynəlxalq Avtovağzalında iritutumlu avtobuslar bir ildən çoxdur fəaliyyət göstərmir. Hər halda vəziyyət kifayət qədər paradoksaldır.

Bir tərəfdən işləməyən avtobuslar, digər tərəfdən heç bir təhlükəsizlik tədbirlərinə əməl edilmədən daşınan sərnişinlər.

Maraqlıdır ki, sözügedən vəziyyətə isə nəzarət edən qurum tapılmır. Qısası qeyri-qanuni sərnişin daşımasını həyata keçirənlər şərtləri də özləri müəyyən edir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də