Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöldə 2 avtomobil toqquşub, xəsarət alan var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"RegionTV.info"nun məlumatına görə, hadisə Göygöl şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində bir nəfər, 52 yaşlı Mədət Əhmədov xəsarət alıb. O, Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də