
"RegionTV.info"nun xəbərinə görə, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.
Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.
Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.