
RegionTV.info xəbər verir ki, "Yol Hərəkəti Haqqında" Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.
Eyni əhəmiyyətli yolların kəsişməsi o deməkdir ki, yəni həmin kəsişmədə heç bir üstünlük nişanı yoxdur. Belə olan halda yollar eyni əhəmiyyətli olmuş sayılır.
Qanunvericilikdə də qeyd olunub ki, bu cür yolayrıclarında sağdan gələn nəqliyyat vasitələri üstünlüyə malikdir.