Millət vəkili A.Məmmədov: Şəhid ailələri və qazilərimizin şikayətləri MM-də ... Foto - Video
Bu gün səhər saatlarında Gəncə şəhəri ərazisində yerləşən Kəlbəcər RİH Aparatının akt zalında, 09 fevral 2020-ci il tarixdə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə 123 saylı Kəlbəcər dairəsindən millət vəkili seçilən Aqil Məmmədovun qazilərlə, şəhid ailələri və müharibə veteranları ilə növbəti görüşü baş tutdu. Qeyd edək ki, belə bir görüş baş tutmazdan əvvəl 10 mart 2020-ci il tarixdən millət vəkili olaraq səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, SHXÇDX Kəlbəcər rayon idarəsinin rəisi və rayon ərazisində fəaliyyət göstərən müharibə veteranları cəmiyyətinin rəsmi şəxsləri və s. şəhər ərazisindəki şəhidlər xiyabanını ziyarət etdilər, şəhidlərin ruhuna dualar oxundu və xatirələri bir daha ehtiramla yad olundu.
Akt zalında millət vəkili llə keçirilən görüşün əsas məğzi, məhz 44 gün davam edən Zəfər müharibəsində əldə olunan parlaq qələbə, bundan sonra atılacaq addımlar və müəyyən problemlərin müzakirəsi oldu. Düzdür, keçirilən belə bir görüşdə qazilər və şəhid ailələri ilə bağlı bəzi problemlər həllini tapsa da, müəyyən problemlər müzakirə olunsa da, bəzi problemlərlə bağlı isə, məhz MM-də məsələ qaldırılacağı yöndə razılaşma əldə olundu.
Qeyd edək ki, görüş olduqca işgüzar və qarşılıqlı anlaşma şəraitdə keçirildi və iştirakçılardan hər biri, məhz millət vəkili Aqil Məmmədovun fəaliyyətindən razı olduqlarını ifadə etdilər. Görüşün sonunda 44 gün ərzində davam edən Vətən müharibəsində iştirak edənlərə maddi və mənəvi köməklik göstərən şəxslər, millət vəkili tərəfindən fəxri diplomlarla təltif olundular. Bundan əlavə, Kəlbəcər Rayon Veteranları İctimai Birliyinin sədri isə, millət vəkili Aqil Məmmədovu diplomla təltif etdi. Bütün bunlar onu göstərir ki, seçkiöncəsi 123 saylı Kəlbəcər dairəsinin seçicilərinə verdiyi vədləri lazımi səviyyədə yerinə yetirən bu şəxs, bu gün sözün həqiqi mənasında millətin vəkili olduğunu əməli addımları ilə sübuta yetirir.