
RegionTV.info bildirir ki, hadisə rayonun Xarxar kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.