Ukraynada son sutka ərzində 18 132 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"RegionTV.info"nun məlumatına görə, bununla da Ukraynada COVID-19-a sutkalıq yoluxma rekorda çatıb. Son sutka ərzində 326 nəfərin koronavirusdan öldüyü bildirilir.
Ötən gün ərzində Ukraynada 7 138 pasiyent koronavirusdan sağalıb, 4 826 nəfər xəstəxanalara yerləşdirilib.
Xəbəri paylaş