
Gəncədə mərasim evindən oğurluq edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
RegionTV.info-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş K.Məmmədovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 22-də Gəncə şəhərində yerləşən mərasim evlərinin birindən 2590 manat dəyərində məişət əşyaları, martın 23-də isə şəhər ərazisindəki vətəndaşa məxsus qarajdan 3000 manat dəyərində məişət əşyaları oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.