Əməkdar artist Yusif Mustafayev "Həmin Zaur" proqramında aparıcı Zaur Kamalla mübahisə edib.
RegionTV.info xəbər verir ki, müğənni evinin çəkilib efirdə nümayiş edilməsinə etirazını bildirib. Mustafayev ona simic deyən aparıcıya sərt reaksiya verib:
"Pulu qazanmaq asandı, onu xərcləmək çətindir. Bir paket pulu qoyum cibimə, paylayım. Bir ildən sonra görəcəksən ki, dağda oturub dilənirəm. Bir dəfə dostlar dayanmışdı, bir oğlan gəldi. Dostlardan biri kənara çəkilib cibinə pul qoydu. Gəldi dedi ki, filan müğənninin oğludur. Dedim, elə et ki, sən öləndə övladların gələcəkdə dilənməsin. Getmişdim bir müğənninin evinə, hər yer çat-çatdır, özü də qocalıb. Baxıb fikirləşdim ki, Yusif, bu gündən sənin üçün də var. Qayıtdım kənddə ata evimi sökdürdüm, on övladın adına qəşəng ev tikdirdim. Mənə lazım deyil, pul paylayım, desinlər, Yusif yaxşı adamdı.
Evimi gətirib çəkdirdin. Amma sənin evindəki qapının qiyməti 70 mindir. Gedib baxmışam, sübut da edərəm. İki dəfə evimi çəkdirib, məni pis günə qoymusan. Müğənni ilə nə işin var? Ötən gün efirdə mənə söz atırsan ki, əli bərkdi. Əlim bərk deyil, hər şeyin yerini bilirəm. Evimə gündə adam göndərirdin. İndi orada yaşaya bilmirəm. İnsanların nəfsindən qorxram, dəhşətdir. Nəfsə gəlmişəm, işlərim açılmır.
Hər dəfə sənin verilişinə gələndə nəzir deyirəm ki, buradan əsəbsiz çıxım. Mənə dəymə, sənə qurban olum".
Xəbəri paylaş