Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pakistanda ev uçub, ölənlər və xəsarət alanlar var






Pakistanın cənubunda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə “Samaa” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Karaçi şəhərində bu gün səhər saatlarına qeydə alınıb.

İkimərtəbəli bina uçub, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xilasedicilərin məlumatına görə, dağıntılar altında daha bir neçə nəfər qalıb.

Hadisənin yerində xilasetmə işləri davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də