Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 13 yaşlı qıza qarşı əxlaqsızlıq edən vəzifəli şəxs həbs edilib

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

"RegionTV.info xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də