Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cazan bölgəsinə raket zərbələri endirilib.
RegionTV.info xəbər verir ki, mərmilərdən biri neft zavoduna tuş gəlib. Nəticədə ərazidə şiddətli partlayışlar baş verib. Yanğın davam edir.
Tələfat barədə məlumat yoxdur.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, raketlərin Yəməndəki Husi üsyançıları tərəfindən atıldığı bildirilir.
Xəbəri paylaş