Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Zakir Həsənov istefaya çağrıldı - AÇIQLAMA

RegionTV.info                                                                                                   
Son günlər Müdafiə Nazirliyinin adı orduda xəyanət və dövlətçiliyə ziyan vuran digər məsələlərdə hallanır. Müzəffər Azərbaycan əsgərinin qələbəsinə kölgə salmaq istəyən şəxslər üçün isə əsl fürsət yaranıb. Nəcməddin Sadıkovun "Dubay məcaraları", Rövşən Əkbərovun həbsi, eyni zamanda, "Tərtər işi"nin yenidən gündəmə gəlməsi Müdafiə Nazirliyinin idarəetməsində, strukturlarında ciddi nöqsanların olmasından xəbər verir. Cəmiyyətdə müxtəlif təbəqələr müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən istefaya göndəriləcəyini gözləyir. Bəs, müxalifət nə düşünür? Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sualımıza aydınlıq gətirib. O bildirib ki, özünə hörmət edən nazir indiki məqamda ən azından istefaya getməlidir:
“Özündə nazir mədəniyyəti, general mədəniyyəti daşıyan şəxs nazirlik etdiyi qurumda bu qədər "maxinasi"yalar, manipulyasiyalar olduğuna görə istefa verməlidir ki, araşdırmalar obyektiv aparıla bilsin. Qalib ordunun nazirini tutduğu vəzifədən azad etmək dövlət ənənəsinə zidd bir məsələdir. Biz bilirik ki, qalib ordunun qalib olmasında Zakir Həsənovun heç bir rolu yoxdur. Onun uğursuzluqlardan başqa heç bir xidməti də yoxdur. Düşünürəm ki, indiki məqamda Zakir Həsənov istefa verməlidir!"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də