
RegionTV.info xəbər verir ki, hadisə Ağa Nemətullah küçəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Məhbubə Vəhab qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.