Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Van Qoqun "Montmartrda bir küçə səhnəsi" rəsmi 16,2 milyon avroya satılıb

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) "Montmartrda bir küçə səhnəsi" adlı sənət əsəri Parisdə auksionda 16,2 milyon avroya satılıb.                                                     
RegionTV.info xəbər verir ki, bu barədə "Sotheby's" auksion evinin saytında bildirilib.
Mulen de la Qalett dəyirmanını əks etdirən rəsmin qiyməti 16,2 milyon avroya qədər hərraca çıxarıldıqdan cəmi 10 dəqiqə sonra artıb. İlkin qiymətləndirmə dəyəri 5-8 milyon avro olan əsər 16 251 000 avroya satılıb.
Sənətkarın 1887-ci ildə çəkdiyi tablonun əvvəllər geniş tamaşaçı publikasına təqdim edilmədiyi vurğulanır. Rəsm hərraca çıxarıldıqdan öncə təxminən 100 il bir Paris ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də