
RegionTV.info xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.
Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunublar.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Fakt araşdırılır.