
RegionTV.info bildirir ki, bu barədə Rusiya Federasiyası ərazisində koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.
"1 aprel tarixindən Almaniyanın aviasiya rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Frankfurt-am-Mayn - Moskva - Frankfurt-am-Mayn marşrutunda həftədə beş dəfə, Frankfurt-am-Mayn - Sankt-Peterburq - Frankfurt-am-Mayn - həftədə üç dəfə, Moskva - Berlin - Moskva - həftədə beş dəfə, və Moskva - Frankfurt am Mayn - Moskva - həftədə üç dəfə olaraq müntəzəm uçuşlar bərpa ediləcək", - məlumatda deyilir.
Bildirilir ki, qeyd edilən tarixdən Rusiya və Azərbaycan arasında müntəzəm uçuşların sayı artırılacaq.