
"RegionTV.info"nun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi "Mercedes Ateko" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

