
"RegionTV.info" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.
Agentlik “Shamshyan” kriminal xronika saytına istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi martın 25-i gecəsi baş verib. Eçmiədzin-Marqara magistral yolunun 2-ci kilometrliyində naməlum nömrəli avtomobil İrəvan sakini, 58 yaşlı Aşot Əmiryanı vurub.
Vurulan şəxs yerindəcə ölüb, sürücü isə hadisə yerindən qaçıb.
Aşot Əmiryan “Tuşenka Manvel”in arvadı Nazik Əmiryanın doğma qardaşıdır.