Qarabağda ən vacib yollardan biri sayılan Qırmızı Bazar-Şuşa yolu qanunsuz erməni birləşmələrin nəzarətindən alınaraq, Rusiya sülhməramlı missiyasının nəzarəti altına keçəcək. Beləliklə, yolda hərəkət qrafikini yalnız rusiyalı hərbçilər tənzimləyəcək.
"RegionTV.info" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Azərbaycan Ordusunun Xocavənd rayonunun Qırmızı Bazar kəndi ilə Şuşa şəhəri arasındakı yoldan daha intensiv istifadə etməsinə şərait yaradılacaq.
Xəbəri paylaş