Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur klubun futbolçusu faciəvi şəkildə həlak oldu - FOTO

"Latsio"nun futbolçusu Daniel Gerini dünyasını dəyişib.
"RegionTV.info"  xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında vəfat edib. Hadisə martın 24-də Romada baş verib. Gerini iki dostu ilə birlikdə qəza törədib. Onların maşını 68 yaşlı kişinin idarə etdiyi avtomobillə toqquşub. Futbolçu dünyasını dəyişib, onun dostlarının vəziyyəti ağırdır. Qeyd edək ki, Daniel Gerini "Latsio"nun gənclər komandasında çıxış edib. O, İtaliyanın 15 və 16 yaşadək yığmalarının formasını geyinib. Martın 21-də futbolçunun 19 yaşı tamam olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də