Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğuzda canavarlar kəndə hücum etdi

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.
 
"RegionTV.info"nun  məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Baba oğu Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.
 
Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.
 
Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də