
"RegionTV.info" xəbər verir ki, açıq mənbələrdəki informasiya əsasında 1991-ci ildən Qarabağda açıq müharibə formasında davam edən qarşıdurma zamanı məhv edilən erməni hərçbilərin sayını təxmini hesablayıb.
Ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın (1991-1998) Ermənistanın Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə hərbi itkiləri 7 min civarındadır. Növbəti prezident Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) düşmənin 150-dən çox hərbçisi ölüb. Serj Sarkisyanın (2008-2018) prezidenyliyi zamanı Qarabağda təxminən 350 erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan isə hərbi əməliyyatlarda verilən itkilərlə bağlı dəqiq rəqəm açıqlamasa da, yerli mətbuat itki sayının 5 mindən çox olduğunu açıqlayır.
Beləliklə, təxmini hesablamalara əsasən, Qarabağda 30 il davam edən silahlı münaqişə zamanı azı 12,5 mindən çox erməni hərbçisi məhv edilib.