![Azərbaycan dünyada 54 orta gəlirli ölkələr sırasındadır - Prezidentin köməkçisi](https://files.modern.az/photo/orginal/2025/02/10/1739170037_07d7b17b-3e80-4c45-835c-ccdcffdec5e9.jpg)
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 orta gəlirli ölkələr sırasındadır.
“Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-də Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”, - deyə Ş.Mövsümov qeyd edib.