Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BP 4700 əməkdaşını işdən çıxarır

BP 4700 əməkdaşını işdən çıxarır

Bu gün, yanvarın 16-da BP şirkəti özünün 4700 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Hazırda 90 min nəfərin çalışdığı şirkətdə bu rəqəm 5 faiz təşkil edir.

Əməkdaşların ixtisarı şirkətin Baş direktoru Mürrey Okinklossun xərcləri azaltmaq və investorların bu enerji nəhənginə etimadını bərpa etmək strategiyası çərçivəsində həyata keçirilir.

 Okinkloss ötən il bəyan etmişdi ki, 2026-cı ilin sonunadək Britaniya şirkətinin xərclərini minimum 2 milyard dollar azaldacaq, habelə gəliri artırmaqla investorların energetika keçidinə dair onun strategiyasına şübhələri aradan qaldıracaq. “Reuters” yazır ki, o, həmçinin öz sələfi Bernard Luninin 2023-cü ildə qəfil istefasından sonra etimadı bərpa etməyə çalışır.

 Baş direktor xidməti qeydində yazır: “Bu il, elə növbəti il və ondan sonra da görüləcək işlərimiz çoxdur, amma böyük tərəqqi əldə edirik, BP-ni daha sadə, məqsədyönlü və bundan da qiymətli şirkətə çeviririk”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də