2024-cü ildə Azərbaycandan Avropaya ixrac olunan qazın ümumi həcmi 12,9 milyard kubmetr təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Məlumata görə, ötən il Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub. Həmçinin, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib.
Nazir bildirib ki, 2024-cü ildə xaricə qaz satışı, əvvəlki illə müqayisədə təqribən 5,8% artıb.